Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 13 yaşlı qızın dünyaya gətirdiyi körpə 3 aya yaxın xəstəxanada qalıb

18 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda 13 yaşlı qızın dünyaya gətirdiyi körpə 3 aya yaxın xəstəxanada qalıb.

Press.az Baku.ws-yə istinadən bildirir ki, azyaşlı ananın körpəsindən imtina etməsindən sonra onu xəstəxanada köməksiz vəziyyətdə buraxaraq oranı tərk edib. Nəticədə körpə 3 aya yaxın xəstəxanada kimsəsiz vəziyyətdə qalıb. Bunun nəticəsində xəstəxanadakı digər analar müxtəlif vaxtlarda körpəyə yardım göstəriblər.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciətdən sonra 13 yaşlı ananın dünyaya gətirdikdən sonra imtina etdiyi uşaq körpələr evinə yerləşdirilib. Məsələ ilə bağlı qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova bildirib ki, 2009-cu il təvəllüdlü H.M. tərəfindən 06.09.2022-ci il tarixində evdə dünyaya gətirdiyi cinsi kişi, çəkisi 3700 qr, boyu 53 sm olan övladı ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ambulansla Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna gətirilib.

Yenidoğulmuş müəssisəyə daxil olduğu tarixdən Müəssisənin II Mamalıq şöbəsinin yenidoğulmuşlara qulluq otağında stasionarda qalıb. Ana H.M. müvafiq ərizə ilə özü yetkinlik yaşına çatanadək yenidoğulmuşun müvəqqəti körpələr evinə yerləşdirilməsini xahiş edib.

Bununla bağlı Xətai İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvünün iştirakı ilə müvafiq akt tərtib edilib. Aidiyyəti orqanlara məlumat verilib. Ananın ərizəsi nəzərə alaraq övladının Körpələr evinə yerləşdirilməsi təmin edilib.

13 yaşlı anası tərəfindən tərk edilən uşaq bu gün körpələr evinə aparılıb.

Oxşar xəbərlər
OTACI