Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Rusiya G20-dən kənarda qala bilməz" - Sunak

17 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya İyirmilik Qrupundan (G20) xaric edilə bilməz".

Press.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak parlamentinin İcmalar Palatasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, London nüvə təhdidlərinin qəbuledilməz olduğuna dair aydın mesaj göndərmək üçün G20 tərəfdaşları ilə yaxından işləyir.

“İndiki dövr müharibə dövrü olmamalıdır. Düşünürəm ki, Rusiya bu mesajı açıq-aydın eşidib”.

Bir müddət əvvəl ukraynalı deputat Aleksiy Qonçarenko bildirib ki, Ukrayna Ali Radası Rusiyanın G20-dən çıxarılmasını tələb edən qətnamə qəbul edib.

Bundan əvvəl G20 ölkələrinin liderləri sammitin yekunlarına əsasən bəyannaməni təsdiqləyiblər.

Təsdiqlənmiş G20 bəyannaməsində deyilir ki, G20 ölkələrinin əksəriyyəti  Ukraynadakı münaqişəni kəskin şəkildə pisləyir , lakin “başqa fikirlər də var idi”. Sənəddə vurğulanır ki, beynəlxalq hüquqa ciddi əməl olunmalıdır, nüvə silahından istifadə təhlükəsi qəbuledilməzdir.

Oxşar xəbərlər
OTACI