First slide

Şəmkirdə avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

17 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkir rayonunda idarəetmədən çıxan "VAZ" markalı minik avtomobili maneəyə çırpılıb, sürücü və sərnişini xəsarət alıb.

Press.az report-a istinadən xəbər verir ki, hadisə rayonun "Kraz yolu" adlanan yolda qeydə alınıb.

Hadisə nəticəsində Gədəbəy rayon sakini, 2004-cü il təvəllüdlü Pərvin Sahib oğlu Mustafayev və Şəmkir rayon sakini, 2007-ci il təvəllüdlü Aşırəlıyev Ayxan Elbrus oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxşar xəbərlər
OTACI