Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Beş rayonda ağacların qanunsuz kəsildiyi müəyyən edilib

17 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhərinin Nizami, Nərimanov, Sabunçu rayonlarında, eyni zamanda Xaçmaz, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə Press.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, araşdırma zamanı Nizami rayonu ərazisində “Xəzər İnşaat XXI Əsr” MTK-ya, Nərimanov rayonu ərazisində “Sizin Yurd” MMC-yə, Sabunçu rayonunda vətəndaş Sevinc Aslanovaya, Xaçmaz rayonunda vətəndaş Çigali Yüzbəyliyə, Ağdam rayonunda isə vətəndaş Bəxtiyar Hüseynova məxsus ərazilərdə ağacların kəsildiyi və təbiətə ümumilikdə 72420 manat məbləğində ziyan dəydiyi məlum olub: "Faktlarla bağlı akt tərtib edilib və yaşıllıqlara dəymiş ziyanın məbləği hər bir fakt üzrə cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

 

 

Oxşar xəbərlər
OTACI