Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DSMF-nin investisiya layihələrində iştirakı təklif olunur

17 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitlərinin idarə olunan kapitala çevrilməsi, Fondun maliyyə imkanlarının genişləndirilməsi məqsədi ilə investisiya layihələrində iştirakı üçün müvafiq hüquqi bazanın yaradılmasını təklif edirəm”.

Press.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev deyib.

“Həmçinin şəhid ailəsi üzvlərinin ölkə daxilindəki bütün sanatoriya-kurort müəssisələrində, bərpa və müalicədən keçməsi üçün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə işgüzar əlaqələrin daha da genişləndirilməsini, 3 və daha çox uşaq böyüdən anaların pensiya təminatı hüququnun əldə edilməsi şərtlərinin yumşaldılmasını, yaşayış minimumunun və ehtiyac meyarının 246 manata qaldırılması ilə əlaqədar o məbləğdə pensiya alanların sosial rifahını yüksəltmək üçün pensiyaların minimum məbləğinin də artırılmasını, dövlət büdcəsi ilə yanaşı, DSMF və İşsizlikdən Sığorta Fondunun büdcəsinin icrası ilə bağlı hesabatın təsdiq olunması üçün Milli Məclisə təqdim edilməsi məqsədi ilə qanunvericilikdə dəyişiklik edilməsini təklif edirəm”, - deyə deputat əlavə edib.

 

 

Oxşar xəbərlər
OTACI