Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nevroz bəlası: Bu əlamətlər sizdə varsa...

17 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövrümüzün bəlası olan nevroz uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində yaranan sinir sisteminin funksional pozğunluğudur.

BiG.AZ Oxuculara bu xəstəlik barədə məlumat vermək istəyir.

Nevrozun əsas əlamətləri:

- Əmək fəaliyyətinin aşağı düşməsi, yorğunluq, həyat aktivliyinin zəifləməsi
- Halsızlıq, həyacan, narahatlıq, qorxu, məyusluq, ümidsizliyə qapanmaq
- Əhval-ruhiyyənin tez-tez dəyişməsinə dair təşviş içində olmaq
- Fobiyaların yaranması
- Yuxu rejminin pozulması
- İştahanın pozulması
- Tez-tez baş ağrılarından şikayət
- Arterial təzyiqin enib-qalxması
- Ürək nahiyəsində ağrılar
- Əllərdə titrəmə, tərləmə
- Pataloji təmizkarlıq, beyindən çıxmayan fikirlər
- Cinsi pozqunluq

Nevrozun 3 forması var:

1 Nevrasteriya
2 İsteriya
3 Sayrışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu)

Nevrasteriya ən geniş yayılan formasıdır, yüksək oyaqlılıq, həssaslıq, astenik, depressiv sindrom və zəifliklə xaraterizə olunur. Bu xəstəliyə duçar olmuş insanlar zəiflikdən, baş ağrılarından şikayət edirlər. Əhval-ruhiyyə tez-tez dəyişir, ən cüzi səbəb nəticəsində affekt partlayış müşahidə olunur. Nevrasteriya zamanı ən çox təsadüf edilən əlamətlərdən biri də seksual pozuntudur. Son zamanlar cavanlar arasında yayılan bu xəstəlik bəzən tez keçib gedir, bəzən də illərlə qalır.

İsteriyanın başlıca xususiyyəti hərəkət və hissiyyat sferasına aid olan funksional pozuntunun olması, xəstənin təlqinə məruz qalmasıdır. Belə insanların əhvalları tez-tez dəyişir, bir hadisəni nəql edərkən onu həddən artıq şişirdirlər.

İsterik nevrozun əsas əlamətləri:

1. İsterik cəngolmalar
2. Vegetativ və hərəki funksiyaların pozulması

İsterik cəngolmalar zamanı əl-ayaqlarda əsmələr olur. Vegetativ və hərəki funksiyaların pozulması zamanı isə kəkələmə, lallıq kimi problemlər ortaya çıxır.

Sayrışan hallar nevrozun 3 forması var:
1.Sayrışan fikirlər
2. Sayrışan qorxu
3. Sayrışan hərəkətlər

Sayrışan fikrə qapıldıqda insan hər hansı bir mənasız sözü yaddan çıxara bilmir. Sayrışan qorxu halında isə insan xəstəliyə tutulacağından qorxur. Sayrışan hərəkətlərdə isə xəstə yersiz hərəkətlər edir. Dəfələrlə əllərini yuyur, bir şeyi dəfələrlə yoxlayır.

Bu kimi hərəkətlər sizdə varsa, psixoloqa müraciət etməlisiniz.

Oxşar xəbərlər
OTACI