First slide

Deputat: “Orta aylıq əməkhaqqı artırılmalıdır”

17 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Dünyada ərzaq qıtlığının olması bilinən və gözləniləndir. Azərbaycan da bundan sığortalanmayıb”.

Press.az Oxu.Az--a istinadən xəbər verir ki  bunu Milli Məclisin iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, ərzaq qıtlığının qarşısını almaq üçün ölkədə kənd təsərrüfatına diqqət yetirilməlidir.

“Bununla əlaqədar təklif edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq gücləndirilsin, iki qurum arasında əməkdaşlıq müqaviləsi bağlanılsın. Bununla da kənd təsərrüfatında çalışanların maliyyə problemi həll oluna bilər”, - deyə Vahid Əhmədov əlavə edib.

Milli Məclisin deputatı həmçinin onu da təklif edib ki, Azərbaycanda orta aylıq əməkhaqlarının artırılması da vacib məsələdir:

“Çünki ölkədə və dünyada baş verən bahalaşma göz qabağındadır. Eyni zamanda büdcədən işləməyən və ya ödəniş almayan şəxslər üçün də maliyyə ayrılmalıdır”.

 

Oxşar xəbərlər
OTACI