First slide

Əhliman Əmiraslanov: “Dərman vasitələri ilə bağlı ciddi proqram hazırlanır”

17 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Məndə olan məlumata görə dərman vasitələri ilə bağlı ciddi proqram hazırlanır”.

Press.az “Report-a istinadən ” xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, dərman vasitələri ilə bağlı insanlar arasında xeyli narazılıq var:

“Hesab edirəm ki, dərman vasitələri ilə bağlı bu məsələlərin həllinə böyük ehtiyac var. Bizdə olan məlumata görə dərman vasitələri haqqında hökumətdə ciddi proqram hazırlanır. Əminik ki, proqramın hazırlanıb həyata keçirilməsi bu sahədə olan problemləri həll edəcək. Hesab edirəm ki, belə sənədlərin hazırlanması zamanı parlamentdə olan mütəxəssis deputatları bu məsələyə cəlb etmək lazımdır. Çünki onların bu sahədə xeyli təcrübələri var”.

Oxşar xəbərlər
OTACI