Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan və Türkiyə hematologiya sahəsi üzrə sənəd imzalayacaq

17 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyi ilə Türkiyə Hematologiya Dərnəyi arasında qarşılıqlı təhsil və elmi araşdırma sahəsi üzrə sənəd imzalanacaq".

Press.az "Report" -a istinadən xəbər verir ki, bunu Türkiyə Hematologiya Dərnəyinin rəhbəri Muhlis Cem Ar jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində hər iki ölkənin hematoloqları ortaq təhsil, elmi araşdırma prosesini öyrənəcək: "Biz dərnək olaraq, bölgədəki ölkələrlə yaxın münasibətlər qurur, təcrübələrimizi paylaşır, gənc hematoloqları yetişdiririk. Azərbaycanla tibb sahəsində əməkdaşlığı davam etdirəcəyik".

M.Ar bildirib ki, Azərbaycanla hematologiya sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlıq davamlı inkişaf edir: "Türkiyədə hematologiya sahəsi xeyli inkişaf yolu keçib. Həkimlərimizi də bu istiqamətdə inkişaf etdiririk. Bölgədə bu sahə üzrə bilikləri artırmağa çalışırıq. Bugünkü razılaşma buna daha da təkan verəcək".

Oxşar xəbərlər
OTACI