Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biləsuvarda qurumuş ağaclar təhlükəyə çevrilib

17 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Biləsuvar şəhəri ərazisində qurumuş ağaclar insanlar üçün təhlükəli vəziyyət yaradıb.

Bu barədə "Report"un yerli bürosuna bir qrup rayon sakini müraciət edib.

Qeyd olunub ki, qurumuş ağaclar hər an aşma təhlükəsi üzləşib. Onların sözlərinə görə, əsasən belə ağaclar şəhərin mərkəzi hissəsində çoxluq təşkil edir:

"Bu cür ağaclar güclü külək zamanı qırılaraq yerə düşür. Hər gün ərazidən yüzlərlə insan - böyük, kiçik, məktəbli keçir. Ona görə də baş verə biləcək istənilən faciənin və xoşagəlməz halların qarşısı indidən alınmalıdır. Hesab edirik ki, qurumuş ağaclar kəsilməli və təhlükə də aradan qaldırılmalıdır. Bundan əlavə, qurumuş ağacların qozaları hər gün yerə səpələnir. Bu da küçədə hərəkət edən həm insanların, həm də avtomobillərin hərəkətinə maneələr yaradır, eləcə də həm piyadalara, həm də nəqliyyat vasitələrinə zərər vurur".

Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatından "Report"un yerli bürosuna bildirilib ki, qurumuş ağaclar kəsiləcək.

Qeyd edilib ki, qurum bununla bağlı akt tərtib edərək yerli ekologiya idarəsinə təqdim edir. Yerli ekologiya idarəsi də müvafiq araşdırmalar aparır. Daha sonra ağacın kəsilməsinə icazə verilir.

Oxşar xəbərlər
OTACI