Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda növbəti erkən nikaha CƏHD – Kürdəmirdə məktəbli nişanlanıb

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdəmirdə 11-ci sinif şagirdi nişanlanlanıb.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, Kürdəmir rayonu Siyavuş Dəmirov adına Karrar kənd orta məktəbinin 11 ci sinif şagirdini nişanlayıblar.

“Atası deyib ki, onsuz da imkanım olmayacaq oxutmağa. Məlumatı artıq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Regional qrupuna bildirmişəm. Sabah polis şöbəsində "andiçmə" mərasimi olacaq. Kürdəmir Rayon İcra Hakimiyyəti, yəqin ki, xəbəriniz yoxdur”, - deyə Kəmalə Ağazadə bildirib.

Azərbaycan Uşaq Birliyinin sədri qeyd edib ki, onda olan məlumata görə həmin məktəbdə başqa nişanlı qızlar da var. 

Oxşar xəbərlər
OTACI