Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tanış olduğu qızla görüşə gedən İlkin necə qətl törətdi?

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən ilin 6 iyun tarixində Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlunun öldürülməsi hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Press.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1988-ci il təvəllüdlü İlkin Muxtarov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Sumqayıtda bərbər kimi fəaliyyət göstərən İlkin hadisədən bir neçə gün əvvəl Sumqayıt şəhərində bir qızla tanış olub. O, iyunun 21-də həmin xanımla Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən məktəbin yaxınlığında görüşüb. Bu zaman həmin məhəllədə Pərviz, Fuad və Vahid adlı gənclər ona yaxınlaşıb və başındakı eynəyi, üstündəki pulu və mobil telefonunu əlindən alaraq döyüblər. Bundan sonra İlkin dostlarını həmin yerə çağırıb və onu döyən şəxsləri axtarıb. Bir qədər keçdikdən sonra onlar Fuad və Vahidi görərək hücum ediblər və onlara zərbələr endiriblər. Zərbənin təsirindən Vahid yerə yıxılıb və başı daşa dəyərək ölüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi İlkin Muxtarovun qəsdən adam öldürmə cinayətində deyil, Cinayət Məcəlləsinin 126.3-cü, yəni qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan ölümə səbəb olduqda maddəsi ilə mühakimə edilməsinə qərar verib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 11 il həbs cəzası verilib.

 

 

Oxşar xəbərlər
OTACI