Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zabuxda su anbarı tikiləcək

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2026-cı ilə qədər Laçın rayonunun Zabux kəndində su anbarının tikintisi nəzərdə tutulub.

Press.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

İşi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC icra edəcək. Digər icraçılar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyidir.

Zabuxçay su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikinti işlərinin aparılması, Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması planlaşdırılır.

 

 

Oxşar xəbərlər
OTACI