Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenski Baş qərargahın iclasını keçirib, yeni qərarlar qəbul edilib

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Baş qərargahın iclasını keçirib.

Press.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, toplantıda Rusiyanın son raket zərbələri nəticəsində dəymiş ziyanın miqdarı və hücumların nəticələrinin aradan qaldırılması müzakirə olunub.

Bundan əlavə, iştirakçılar Ukraynanın kritik infrastrukturunun qorunması və hava hücumundan müdafiə sisteminin səmərəliliyinin artırılması barədə danışıblar.

Toplantıda Ukrayna ərazilərinin digər hissəsinin də işğaldan azad edilməsi istiqamətində qərarlar qəbul edilib.

Xatırladaq ki, Baş qərargahın sonuncu iclası noyabrın 11-də keçirilmişdi.

 

 

Oxşar xəbərlər
OTACI