Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda son sutkada 44 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Press.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 618 nəfər müalicə olunaraq sağalıb, hazırda 220 aktiv xəstə var. Bu günə qədər 9 967 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 101, bu günə qədər isə ümumilikdə 7 349 698 test icra olunub.

 

 

Oxşar xəbərlər
OTACI