Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Artıq piylərdən bu yolla azad olun - Gün ərzində...

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövrümüzün ən aktual problemlərindən biri artiq çəki və piylənmə problemidir. Dadlı yəməkləri, ləziz şirniyyatları, meyvə sularını süfrədə görəndə çox vaxt özümüzü saxlaya bilmirik."3 günlük dünyadır" bəhanəsi ilə ən dadlı təamların dadına baxırıq. Günün sonunda isə yenə peşmanlıq çəkirik. Artıq çəki orqanizmdə müxtəlif fəsadlar törədir: bədənimizin fərqli nahiyərində piy toxumaları toplanır və bu, orqanların normal fəaliyyətinə mənfi təsir göstərir

Həkim-diyetoloq Günay Həsənova qaraciyərin piylənməsi barədə BiG.AZ-a danışaraq məsləhətlərini verib.

"Əvvəlcə yeməkdən sonra köp əmələ gəlir, sonra ürəkbulanma, bəzi hallarda qusma, sonra sağ qabırğaaltı nahiyədə ağrılar və qaraciyərin bərkiməsi baş verir. Yaxşı olar ki, hər kəs yediyi qidalara və işlətdiyi enerjiyə diqqət etsin. Bir oturumda 5 adamın yeməyini yeyən biri 5 adamın işini də görməlidir ki, qaraciyəri piylənib sıradan çıxmasın.

Normalda, insan aktiv hərəkəti və açıq havada gəzməyi bir vərdişə çevirməlidir.

Alkoqol və siqaret qaraciyərin birinci düşmənləridir.

Həddindən çox kimyəvi dərman qəbulu, əsasən hərarətsalıcılar və ağrıkəsicilər xəstəliyin ağırlaşmasına səbəb olur, çox antibiotik qəbulu zamanı bəzən mədə-bağırsaqda göbələklər inkişaf edir ki, bu göbələklərin ifraz etdikləri toksinləri qaraciyərimiz təmizləmək məcburiyyətində qalır.

Piylənməyə uğramış qaraciyər hüceyrələri zamanla parçalanır və onların yerinə birləşdirici toxuma əmələ gəlir. Sonra fibrozlaşma gedir, qaraciyər yavaş-yavaş sıradan çıxmağa başlayır və sirroza doğru addımlayır, bu da olduqca təhlükəli haldır. Sirroz qarşısı alına bilməyən bir qaraciyər xəstəliyidir, orqanın çatışmazlığı ilə nəticələnir".

Bəs orqanizmdə qaraciyər piylənməsi varsa, nə etməliyik?

Həkim bu sualın cavabında aşağıdakı məsləhətləri verib:

1. Gündəlik rasiondan siqaret və alkoqol çıxarılmalı, yağlı yeməklər, kimyəvi dərmanlar, rafinə olunmuş ərzaqlar azaldılmalıdır.
2. Hər gün 2 saat açıq havada iti addımlarla gəzməli, bol su içməli, çay və qəhvədən az istifadə etməli, acmadan yeməməli, doymadan süfrədən durmalı, bol-bol göyərti yeyilməlidir.
3. İstifadə olunan yağlar zeytun yağı və təmiz kərə yağı ilə əvəz olunmalı, yeməkdən yarım saat əvvəl təzə salatlar yeyilməlidir.

Diyetoloq onu da qeyd edib ki, müxtəlif detokslarla bədənimizi piylərdən azad edə bilərik.

Onun tövsiyə etdiyi detoksun reseptini təqdim edirik:

yarım dilimlənmiş limon
yarım dilimlənmış alma
8-9 ədəd qara istiot
4-5 mixək
baş barmaq ölçüsündə zəncəfil
2 budaq nanə
1 orta boy sarıkök kötüyü
6-7 baş üzərlik
1 paket yaşıl çay
1 darcın çubuğu
1.5-2 litrə yaxın qaynar su əlavə edib dəmlənməsini gözləyin və gün ərzində için.

Press.az 

Oxşar xəbərlər
OTACI