Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu qidalar ağrıya qarşı həssaslığı artırır

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yüksək yağlı pəhriz xtroniki ağrıya və ağrıya qarşı həssaslığın artmasına səbəb ola bilər.

Press.az  BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə Texas Universitetinin neyrobioloqlarının "Scientific Reports" jurnalında dərc olunan məqaləsində bildirilib.

Belə ki, alimlər iki qrup siçan üzərində təcrübə aparıblar. Səkkiz həftə ərzində bir qrupu adi yemək yeyib, digəri isə yağlı qida ilə qidalanıb. Rasion piylənmə və diabetin inkişafını sürətləndirməmək məqsədilə hazırlanıb. Hər iki vəziyyət neyropatik ağrılara gətirib çıxara bilər.

Bu ağrı, fiziki zədəyə reaksiya nəticəsində deyil, bədənin fiziki zədələnməsinə reaksiyasına cavab verən periferik və ya mərkəzi sinir sistemindəki neyronların patoloji həyəcanlanması nəticəsində baş verən ağrı növüdür.

Məlum olub ki, yüksək yağlı yeməklər bədənin ağrılı stimullara və xroniki ağrılara anomal yüksək həssaslığına səbəb olur. Bundan əlavə, belə bir rasion allodiniya gətirib çıxarır - bu, adətən ağrıya səbəb olmayan stimullara məruz qalması səbəbindən yaranan ağrıdır.

Alimlərin fikrincə, bu, yağ turşularından biri - palmitiklə bağlıdır. O, sinir hüceyrələrindəki xüsusi reseptorlara bağlanır. Bu proses bədəndəki fiziki zədələrə cavab vermək üçün məsul olan neyronların iltihabına və zədələnməsinə səbəb olur.

Oxşar xəbərlər
OTACI