Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şuşa Tarixi Şəhərlər Liqasına üzv seçilib

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tarixi Şəhərlər Liqasının (TŞL) Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində baş tutan Baş Assembleyanın iclasında Şuşa şəhərinin liqaya üzvlüyü elan edilib.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Bununla bağlı TŞL-in baş katibi Shibata Shigenori çıxış edərək, Şuşanın liqaya üzv seçilməsini elan edib.

Daha sonra Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək, Şuşanın tarixi və mədəni əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq və Şuşada aparılan abadlıq və quruculuq işləri barədə Baş Assembleyanın iştirakçılarına məlumat verib.

Qeyd edək ki, TŞL dünyanın fərqli ölkələrindən 126 şəhəri özündə birləşdirən beynəlxalq bir platformadır. TŞL çərçivəsində fərqli şəhərlər tarixi-mədəni irsin qorunması, tarixi-mədəni abidələrin qorunması və üzv şəhərlərin turizm potensialının artırılması istiqamətində sıx əməkdaşlıq edirlər.

Oxşar xəbərlər
OTACI