First slide

Bakıda zavodda 24 il əvvəl qətl törədən şəxsə hökm oxunub - YENİLƏNİB

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda 24 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.

"Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

13.04

Prokuror Bakıda 24 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Report"un məlumatına görə, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən Bakı Balıq hisləmə zavodunda qeyd alınıb.

Belə ki, Bakı Balıq hisləmə zavodunda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov həmin zavodun 2 saylı sexində usta kimi çalışmış Mübariz Rəsulov aralarında yaranmış mübahisə zamanı ona çoxsaylı bıçaq zərbələri yetirərərək xüsusi amansızlıqla öldürüb. O, sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.

Aparılan istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.

2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi ilə yenidən ittiham elan edilməklə tutulub.

Oxşar xəbərlər
OTACI