Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zərdabın internetsiz kəndlərinin sakinləri: "Paketlər baha başa gəlir"

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zərdab rayonunun Əlibəyli, Yediyarlı və Allahqulubağı kəndlərində uzun illərdir internet yoxdur.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna sözügedən kəndlərin sakinləri məlumat veriblər.

Onlar bu yaşayış məntəqələrində telefon xətlərinin olmaması və bu səbəbdən internet xidmətlərindən səmərli və rahat şəkildə yararlana bilmədikləri üçün narazılıq edirlər.

Sakinlər deyir ki, illər əvvəl rayonun Əlibəyli, Yediyarlı və Allahqulubağı kənlərinə telefon xəttləri çəkilsə də, internet təminatının həyata keçirilməsi üçün heç bir iş görülməyib.

Hazırda Zərdabın bir çox hissəsində internet xətləri olduğu halda adıçəkilən kəndlərin sakinləri bu xidmətdən məhrumdurlar.

Məlumata görə, əvvəllər həm kənd əhalisinin sayının azlığı, həm də insanların sosial şəbəkələrdən çox da geniş şəkildə istifadə etməməsi baxımından sakinlərin əksəriyyəti bu xidmətdən istifadə etməyib. Lakin zaman keçdikcə həm əhalinin artımı, həm də internetin zəruri hala çevrilməsi bu xidmət sahəsinə olan tələbatı da artırıb.

Kənd sakinləri söyləyir ki, övladlarının onlayn dərslərdə iştirakını təmin etmək və digər zəruri tələbatlarını ödəmək üçün məcbur qalıb internet paketləri alırlar ki, bu da onlara çox baha başa gəlir.

Məsələ ilə bağlı "Aztelekom MMC"nin Zərdab rayon şöbəsindən "Report"un yerli bürosuna bildiriblər ki, hazırda Zərdab ərazisində GİPON layihəsi əsasında rayonun 7 kəndində yüksək sürətli fiber optik internet xətlərinin çəkilməsi işləri aparılır: "Bu işlər bu gündə uğurla davam etdirilir. Qeyd olunan Əlibəyli, Yediyarlı, Allahqulubağı kəndlərinə isə 2023-cü ilin ilk aylarında yüksək keyfiyyətli fiber optik internet xəttləri çəkilərək sakinlərin istifadəsinə veriləcək".

Oxşar xəbərlər
OTACI