Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Norveç ABŞ-dan tarixində ən böyük silah partiyasını alıb

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 15-də Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib ki, Norveç hökuməti F-35 qırıcıları üçün ABŞ-dan 500 milyon dollarlıq hava-hava tipli AMRAAM-D raketləri alıb.

“Bu, həm Norveçin müdafiə qabiliyyətinin artırılması, həm də Norveç-Amerika əməkdaşlığı üçün çox mühüm addımdır”, - Qram deyib.

Onun sözlərinə görə, hazırkı qeyri-sabit təhlükəsizlik şəraitində belə razılaşmalar çox vacibdir.

Qeyd olunur ki, raketlər 2028-ci ilədək Norveçə çatdırılacaq.

Press.az

 

Oxşar xəbərlər
OTACI