Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DÇ-2022: Mane bu oyunları buraxacaq

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə Seneqal millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Sadio Mane Qətərdə keçiriləcək dünya çempionatının ilk oyunlarını buraxacaq.

Press.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının nümayəndəsi Abdulay Sou xarici mətbuata açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, 30 yaşlı hücumçu zədə səbəbindən qrup mərhələsinin 1-ci və 2-ci turunun matçlarında iştirak edə bilməyəcək.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq. Bu komandanın ilk oyunu noyabrın 21-də Niderlanda qarşı olacaqsa, növbəti matç ayın 25-də meydan sahibi Qətərlə görüş baş tutacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI