Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın sabiq baş prokuroru vəfat etdi

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının baş prokuroru İxtiyar Şirinov vəfat edib.

Press.az xəbər verir ki, Sfera.az-ın məlumatına görə, bu barədə onun qohumları bildiriblər. Mərhumun ölüm səbəbi açıqlanmayıb.

İxtiyar Şirinov son günlərə qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri idi.

İ.Şirinov 1952-ci ildə Beyləqan rayonunda anadan olub. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə qiyamçı Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər
OTACI