Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“myGov” portalının funksiyaları artırılacaq

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “myGov” şəxsi kabinet əsaslı portaldan vətəndaşlar bir çox bildirişlər ala biləcəklər.

Press.az xəbər verir ki, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, artıq insanlar yaxın vaxtlarda telefonlarına müxtəlif bildirişlər alacaqlar: "Bu bildirişlər sənədlərinin, şəxsiyyət vəsiqələrinin vaxtlarının bitməsi ilə bağlıdır. “myGov” elektron hökumət portalının istifadəçilərinin sayı 1 milyonu keçib. Bu günə qədər şirkətlər 56 milyon dəfə portalın onlayn xidmətlərindən istifadə ediblər".

F.Cəfərov bildirib ki, bu gün ən böyük layihələrimizdən biri olan "ASAN login"də 2,5 milyon istifadəçimiz var: "Biz süni intellektə bənzəyən qeydiyyat sistemi düzəltmişik. Biz "Google"un, "Facebook" un xidmətlərini tətbiq etməyə çalışırıq".

Oxşar xəbərlər
OTACI