Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda son sutkada 36 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Press.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 612 nəfər müalicə olunaraq sağalıb, hazırda 184 aktiv xəstə var. Bu günə qədər 9 965 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 448, bu günə qədər isə ümumilikdə 7 347 597 test icra olunub.

Oxşar xəbərlər
OTACI