Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ANAMA sədri Britaniya səfiri ilə Qarabağdakı minatəmizləmə əməliyyatını müzakirə edib

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə tanışlıq görüşü keçirib.

Bu barədə Press.az-a ANAMA-dan məlumat verilib.

Fergus Auld Qarabağda aparılan minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Görüş zamanı mina təhlükəsi ilə mübarizə fəaliyyətində qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və azad edilmiş ərazilərdə təhlükəsiz yaşam şəraitinin yaradılması istiqamətində tərəfdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI