Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı sakini Qubada altı kiloqram narkotiklə saxlanıldı

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Press.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satmasında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərov saxlanılıb.

Həmin şəxsin üzərinə  baxış keçirilən zaman beş kiloqrama yaxın narkotik vasitə olan marixuana və bir kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
OTACI