Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən Həsən Çəndirliyə hökm oxunub və o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Press.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci təvəllüdlü Həsən Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı tanışı, 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib. Daha sonra yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Nəticədə Hüseyn Hüseynov almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Həsən Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Oxşar xəbərlər
OTACI