Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Albaniya Prezidenti: “Azərbaycan ilə daha sıx əməkdaşlığa can atırıq”

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Albaniya Azərbaycan ilə daha sıx əməkdaşlığa can atır”

Press.az xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay Tiranada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Albaniya Azərbaycan ilə enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Tiranaya səfərini iki dövlət arasında münasibətlər baxımından tarixi adlandırıb: "Mən siyasi dialoqumuza və əməkdaşlığımıza ən yüksək qiymət verirəm. Əminəm ki, bu səfər gələcəkdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığa güclü təkan verəcək".

Albaniya Prezidenti bildirib ki, bugünkü müzakirələrimizdə əsas diqqət ümumi maraq doğuran sahələrin və əməkdaşlığın dərinləşdirilməsinin konkret yollarının müəyyənləşdirilməsinə yönəldilib: "Biz yaxın illər üçün əməkdaşlığın konkret mərhələlərini və proqram ardıcıllığını müəyyənləşdirmək üçün ən yaxşı siyasi və texniki vasitə kimi 2023-cü ildə birgə iqtisadi komissiyanın keçirilməsinin zəruriliyi barədə danışdıq".

Oxşar xəbərlər
OTACI