Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bir qrup şəxsə qarşı dələduzluqda ittiham edilən zərgər necə bəraət alıb?

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir qrup vətəndaş onlara qarşı 120 min manatdan çox ziyan vuraraq dələduzluq edən zərgərin cəzasını almamasından şikayətçidir.

Bu barədə şikayətçilər Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar. 

Həmin şikayətçilərdən biri Vüsal Balayev saytımıza bildirib ki, Canıbəyli Atabəy Ziya oğlu ondan ucuz qiymətə qızıl məmulatı alıb, baha qiymətə satmaq üçün pul alıb:

“2018-ci ildə Atabəy Canıbəyli ilə məclisdə tanış olmuşduq. 2019-cu ilin sentyabr ayında Atabəy Mərkəzi Univermaqda zərgər işləyirdi, dedi ki, qızıl işində pul var. Biz qızılı ucuz alıb, baha qiymətə satıb, qazancı da yarı bölə bilərik. Düşündüm ki, pul qazanmaq olar və 2019-cu ilin sentyabr ayının ortalarında A.Canıbəyliyə Bakı şəhəri, Nərimanov rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən restoranların birində 5 000 manat verdim.

Atabəy dedi ki, ona verdiyim 5 000 manat çox azdır, qızıl bahadır və verdiyim pula çox qızıl əşyaları almaq mümkün deyil. Mən oktyabr ayının əvvəllərində ona eyni ünvanda 6 000 manat, 2020-ci il yanvarında 6 000 ABŞ dolları verdim. 

Bundan sonra bir necə dəfə Atabəylə görüşəndə ondan verdiyi pula nə isə edə bildiyi ilə maraqlandım. Atabəy hər dəfə bir bəhanə edirdi, gah dedi, hələ ala bilməyib, gah dedi, alıb, satışa qoyub, lakin hələ sata bilməyib. 

Oxşar xəbərlər
OTACI