Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıb

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə Press.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri - F.Quliyev və Ü.Həsənovun Salmanbəyli kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI