Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Aktyorun maaşı yoxdursa, hansı istedaddan danışa bilərik?"

14 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aparıcı Rövşanə Ağasəfqızı "Şənbə-bazar" proqramında teatrların bugünki vəziyyətini müzakirə edib. 

Press.az xəbər verir ki, o, Sumqayıt Dram Teatrının aktyorlarının əməkhaqlarının gecikməsi ilə bağlı şikayətlərinə toxunub:

"Pandemiyadan sonra tamaşaya getmirəm. Pandemiyadan əvvəl də az tamaşa var idi ki, ləzzət aldım. Bir neçə vaxt əvvəl Lənkəran Dram Teatrının qarşısından keçirdim. Düşünürdüm ki, burada bir canlanma olacaq? Bir insan yox idi: nə insan, nə başqa adam var idi. Bölgələrdəki teatrlar məni narhat edir. Sumqayıt Dram Teatrında da bir müddət əvvəl maaşla bağlı problem yaşandı. Etiraz etdilər ki, maaş yoxdur. Belə vəziyyətdə hansı yaradıcılıqdan, istedaddan danışa bilərik? Aktyorlar pul, dolanışıq, maaş hayındadır. Belə halda hansısa yaradıcılqıdan söhbət gedə bilməz. Teatr yalnız Akademik Milli Dram Teatrı, Akademik Musiqili Teatr və ya Gənc Tamaşaçılar Teatrı deyil. Başqa nə qədər teatrlarımız var. Onların vəziyyəti ürəkaçan deyil.

Tamaşaçı kimi deyirəm ki, yadımda qalan gənc aktyor yoxdur. Yaxşı tamaşa varsa gedirəm. Amma elə bir gənc yoxdur ki, deyim, necə gözəl oynadı? Sanki candərdi səhnəyə çıxır, rejissorun diqtəsini əzbərləyirlər, yola verirlər". 

Oxşar xəbərlər
OTACI