First slide

Netanyahu dua edərkən səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi

05 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsrailin keçmiş baş naziri, “Likud” partiyasının lideri Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib.

Press.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Məlumata görə, keçmiş baş nazirin səhhəti Yom Kippurda dua edərkən pisləşib.

Siyasətçini xəstəxanaya sürücüsü Şearey Zedek aparıb və hazırda özünü yaxşı hiss edir.

Netanyahu 2021-ci ilə qədər İsrail hökumətinin başçısı olub, hazırda o, baş nazir postuna əsas namizədlərdən biri sayılır.

Qeyd edək ki, İsraildə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Oxşar xəbərlər
OTACI