Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İmişlidə minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

05 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Press.az report.az-a istinadən xəbər verir ki, Bəhrəmtəpə-İmişli avtomobil yolunda minik avtomobili qarşıda gedən yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, Əliyev Fuad Əlimərdan oğlu və Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Məhərrəmov Alişan Vidadi oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılara İmişli Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım göstərilib. Sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI