Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sahibə Qafarova namibiyalı həmkarı ilə görüşdü

05 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də İndoneziyaya işgüzar səfəri çərçivəsində paytaxt Cakartada Namibiya Respublikası Milli Şurasının sədri Lukas Sinimbo Muha ilə görüşüb.

Milli Məclisdən Press.az-a verilən xəbərə görə, spiker Sahibə Qafarova Azərbaycan ilə Namibiya arasında ikitərəfli münasibətlərin qısa tarixə malik olmasına baxmayaraq, ölkələrimiz arasında qarşılıqlı faydalı ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensial olduğunu bildirib.

Milli Məclisin sədri ölkələrimizin beynəlxalq platformalarda əməkdaşlığından razılığını ifadə edərək, Qoşulmama Hərəkatı çərçivəsində də faydalı əlaqələrin mövcudluğunu diqqətə çatdırıb. O, xatırladıb ki, 2019-cu ilin 23-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Toplantısı çərçivəsində Namibiya Respublikasının Prezidenti Hage Qotfrid Geinqobun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Spiker, həmçinin Namibiyanın Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünün yaradılması ilə bağlı təşəbbüsünə dəstəyini vurğulayaraq, qeyd edib ki, bu ölkənin parlament nümayəndə heyəti Parlament Şəbəkəsinin 2021-ci ilin noyabrında Madriddə keçirilən təsis iclasında iştirak edib. Namibiya Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında da təmsil olunub.

Azərbaycan parlamentinin spikeri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi, Bakı konfransının nəticələri, təşkilatın qarşısında duran vəzifələr, planlaşdırılan tədbirlər barədə məlumat verib.

Namibiya Respublikası Milli Şurasının sədri Lukas Sinimbo Muha Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. O, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, bu kontekstdə qanunverici orqanlar arasında əməkdaşlığın rolunu qeyd edib.

Lukas Sinimbo Muha beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışaraq, qeyd edib ki, BMT, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi beynəlxalq platformalarda əməkdaşlıq onun ölkəsi üçün olduqca vacibdir. O cümlədən, Namibiya Qoşulmama Hərəkatı ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir və təşkilatın beynəlxalq münasibətlər sistemində aktiv rolunu yüksək qiymətləndirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI