First slide

Mərdəkan və Binə qəsəbələrində narkotik satışı ilə məşğul olan iki nəfər saxlanılıb - VİDEO

05 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Mərdəkan və Binə qəsəbələrində narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar nəticəsində Sahib Əliyev və Vüqar Bayramov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərdən iki kiloqrama yaxın heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri qeyd edilən qəsəbələrin ərazilərində satmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə onlayn yolla əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir. 

Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Oxşar xəbərlər
OTACI