Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlham Əliyev: “Ağdam işğal illəri zamanı tamamilə məhv edilib”

05 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ağdam işğal illəri zamanı tamamilə məhv edilib”.

Press.az “Report” -a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı forum iştirakçılarını salamlayıb: “Ağdama xoş gəlmisiniz. Mən çox şadam ki, biz bu forumu burada - vaxtilə Ağdam şəhərinin yerləşdiyi yerdə təşkil etmişik. İndi gördüyünüz kimi, şəhərdən əsər-əlamət qalmayıb. Ağdam Qarabağın ən böyük şəhəri olub. O, Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal illərində dağıdılıb”.

Azərbaycan Prezidenti şəhərin işğal illərində tamamilə dağıdıldığını, tikililərin daşlarının oğurlandığını və satıldığını vurğulayıb: “Cümə məscidində ermənilər donuz, inək saxlayırdılar. Ağdamda gördüklərinizi Qarabağ regionunun hər bir şəhərində görmək olar”.

Prezident İlham Əliyev Füzuli, Cəbrayıl, Qubadlı şəhərlərinin də tamamilə dağıdıldığını diqqətə çatdırıb.

 

Oxşar xəbərlər
OTACI