First slide

Boksçumuz Avropa çempionu oldu

04 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın boksçusu Emili Rzayeva yeniyetmələr arasında Avropa çempionu olub.

Press.az xəbər verir ki, bu haqda Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Yarışda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bu uğura İtaliyanın Montesilvano şəhərində keçirilən qitə birinciliyində imza atıb.

Olqa Filipçuk (Ukrayna) və Gül Yılmaza (Türkiyə) qalib gələn E.Rzayeva finalda polşalı Yoanna Araszevska ilə qarşılaşıb. Təmsilçimiz döyüşdə 5:0 hesabı ilə qalib gəlib. Qələbə qazanan boksçumuz Avropa birinciliyinin qızıl medalına yiyələnib.

Əvvəlki mərhələlərdə ardıcıl olaraq Mahur Marikyan (Ermənistan) və Silva Formelaya (Polşa) qalib gələn Nərmin Əlizadə (48 kq) isə finalda ingiltərəli Rubi Vaytla üz-üzə gəlib. Həlledici görüşdə rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib.

Nəticədə qız boksçulardan ibarət yığma komandamız Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Bir gün əvvəl isə Aynur Mikayılova (50 kq) üçüncü yeri tutub.

Beləliklə, 3 medal qazanan komanda Azərbaycan boks tarixdə yeni rekorda imza atıb.

Qeyd edək ki, Avropa birinciliyində daha 2 oğlan boksçumuz final döyüşünə çıxacaq.

Oxşar xəbərlər
OTACI