Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sevgilisi ilə dalaşdı, qaçarkən faciəvi şəkildə öldü

04 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda gənc qız bədbəxt hadisə nəticəsində ölüb.

Press.az  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də, gecə 02 radələrində Xətai rayonu, Ağ şəhər ərazisində baş verib.

1994-cü il təvəllüdlü A.Cəfərova Ağ şəhər yaxınlığında qeyri-rəsmi nikahda yaşadığı şəxslə görüşüb və onların arasında münaqişə baş verib. Bu zaman 28 yaşlı qız qaçaraq yaxınlıqda tikilməkdə olan binaya çıxıb. O, ikinci mərtəbədə olarkən ayağının altındakı taxta sınıb və aşağı mərtəbəyə yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan A.Cəfərova orada vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI