Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda doğum evinin rəhbəri vəzifəsinə təyinat olub

04 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zeynəb Hüseynova “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik hüquqi şəxsin direktor müavini-doğum evinin rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə Press.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

O, bu gündən işə başlayıb.

Qeyd edək ki, Zeynəb Sadıx qızı Hüseynova 1991-1997 illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisası üzrə təhsil alıb.

Tibb üzrə fəlsəfə doktorudur.

Daha öncə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə həkim mama-ginekoloq kimi fəaliyyət göstərib.

 

Oxşar xəbərlər
OTACI