Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kürdəmirdəki ailə münaqişəsinin detalları: “Qızımın bıçaqlanmağını qonşudan eşitdim”

04 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdəmir rayonunun Sığırlı kəndində baş verən ailə münaqişəsinin bəzi detalları məlum olub.

Baku TV xəbər verir ki, Rəcəb Bəkirov həyat yoldaşı Durbəs Bəkirovaya 20-dən çox bıçaq zərbəsi vurub.

Zərərçəkmişin atası Nuralı Babayev bildirib ki, qızını 3 ildir görmür:

“Bilmirəm qızıma bıçağı qayınatası, qayınanası, qaynı ya əri vurub. Mən onların hamısından şübhələnirəm. Mən qızımın üçüncü uşağını görməmişəm”.

D.Bəkirovanın anası Adirə Babayeva bildirib ki, illərdir qızını onlarla telefonla da danışmağa qoymurlar:

“Atası bir dəfə getmişdi, qayınanası deyib ki, bir də bura gəlmə. Qız da deyib ki, ata gəlmə, buna görə bunlar məni öldürərlər. Mən qızımın bıçaqlanmağını qonşudan eşitmişəm”.

R.Bəkirovun anası Şəfiqə Bəkirova bildirib ki, gəlini ilə çox mehriban münasibətləri olub:

“Onların evində heç bir söz söhbət olmayıb. Qışqırıq səsinə getmişəm. Gördüm gəlin qan içində yerdə uzanıb, mən də tez onu həkimə çatdırmışam. Mən gəlinimlə ana-bala münasibətində olmuşam. Biz də bilmirik nə baş verib”.

Press.az

Oxşar xəbərlər
OTACI