Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arvadına 20 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçan kişi TUTULDU

04 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oktyabrın 3-ü saat 11 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində 1989-cu il təvəllüdlü Durbəs Bəkirovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Rəcəb Bəkirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Durbəs Bəkirovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rəcəb Bəkirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Qeyd edək ki, dünən yayılan məlumatlarda R.Bəkirovun həyat yoldaşına 20 bıçaq zərbəsi vuraraq, hadisə yerindən qaçdığı bildirilmişdi.

Press.az 

Oxşar xəbərlər
OTACI