First slide

Kanada İrana qarşı sanksiyaları genişləndirir

03 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kanada insan haqlarının sistematik şəkildə pozulması səbəbindən İrana qarşı sanksiyaları genişləndirib.

 

Yeni sanksiyalar siyahısına 25 nəfər və 9 qurum daxil edilib.

Press.az xəbər verir ki, bu barədə oktyabrın 3-də Kanada Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tehran həmçinin beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə pozmaqda ittiham olunur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami və Əl-Qüds xüsusi təyinatlılarının komandiri İsmayıl Qaani də sanksiyalara məruz qalıb.

Məhdudiyyətə məruz qalan hüquqi şəxslər arasında isə SEPAH-ın kibermüdafiə komandanlığı, “Evin” həbsxanası, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi, eləcə də Qasim Süleymani Fondu var.

Oxşar xəbərlər
OTACI