Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Fransa hökumətindən təzminat tələb edir

03 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Fransa hökumətindən təzminat tələb edir.

Press.az xəbər verir ki, bu barədə rəsmi Bakının oktyabrın 3-də Parisə verdiyi etiraz notasında qeyd olunub.

Sənəddə qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib.

Eyni zamanda Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.

Qeyd edək ki, oktyabrın 1-də gecə saatlarında bir qrup radikal erməni Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına qırmızı rəngli boya atılıb və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazılıb.

Oxşar xəbərlər
OTACI