Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat aşkarlandı

03 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 3 avtomat, 1 pulemyot, 48 əl qumbarası, 1 mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Press.az

Oxşar xəbərlər
OTACI