Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Sabah" "Şamaxı"nı məğlub edərək ikinci pilləyə yüksəlib

02 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Press.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Sabah"ı qəbul edib.

Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə bitib - 1:0. Görüşdəki yeganə qolu 90+1-ci dəqiqədə Abdulaye Ba vurub.

Qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sabah" ikinci pilləyə yüksəlib. Meydan sahibləri 2 xalla sonucu - 10-cu sırada qalıb.

Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Kəpəz"lə üz-üzə gələcək. Turun əvvəlki oyunlarında "Qəbələ" səfərdə "Səbail"i 2:1, "Zirə" "Turan Tovuz"u 3:1, "Qarabağ" isə evdə "Neftçi"ni 3:1 hesabı ilə üstələyib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI