Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

02 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünən gecə saatlarında Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyat vasitəsini idarə edən Fərid Məmmədovun idarə etdiyi avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, nəzarət qaydasında saxlanılan 99-SP-951 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomaşının 30 yaşlı sürücüsünün hərəkətlərində şübhəli məqamlar olduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinə aparılıb.

Burada sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Sürücünün barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və toplanmış materiallar baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib.

Oxşar xəbərlər
OTACI