Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu məhsulların faktiki qiymətlərlə dəyəri açıqlanıb

01 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2022-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 428,8 milyon manat təşkil edib.

Press.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, dəyərin 3 milyard 341,1 milyon manatı heyvandarlıq, 4 milyard 087,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7 faiz, bitkiçilik məhsulları üzrə isə 3,6 faiz artıb.

Oxşar xəbərlər
OTACI