Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə XİN başçısı: "Ukraynadakı "referendum"un nəticəsini tanımayacağıq"

29 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Biz Ukraynadakı "referendum"la bağlı açıqlama vermişik. Krımın qeyri-qanuni ilhaqını tanımadığımız kimi, "referendum"un nəticələrini tanımayacağıq”.

Press.az report-a istinadən  xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, rəsmi Ankaranın balanslı siyasət yürütdüyünü söyləyib: “Rusiya ilə münasibətlərimiz yaxşıdır. Amma mövqeyimizi açıq bildiririk”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Donetsk, Luqansk, Zaporojye və Xersonda “referendum” keçiriləcəyini bildirmişdi. Sentyabrın 23-dən 27-dək həmin ərazilərdə “səsvermə” təşkil olunub. Britaniya kəşfiyyatının məlumatına görə, sabah Putin səsvermənin nəticələri barədə parlamentdə çıxış edəcək.

 

Oxşar xəbərlər
OTACI