Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Suriyada vəbaya yoluxanların sayı 400-ü keçdi

29 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Suriyada 426 nəfərdə vəba vibrionunun yaratdığı kəskin bağırsaq infeksiyasına yoluxma halları qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ən çox yoluxma halı ölkənin şimalında, Hələbdə - 260 nəfərdə aşkarlanıb. Orada 28 nəfər vəbadan həyatını itirib. Ümumilikdə ölkədə xəstəlikdən 33 ölüm qeydə alınıb.

Respublika Səhiyyə Nazirliyi Suriya vətəndaşlarına müraciət edərək, onları sanitariya və gigiyenik normalara ciddi riayət etməyə, təmiz içməli sudan istifadə etməyə, meyvə və tərəvəzləri yaxşıca yumağa, infeksiyaya şübhə olduqda vaxtında xəstəxanaya getməyə çağırıb.

Press.az

 

Oxşar xəbərlər
OTACI